...

Nizami məqbərəsində təmir işləri aparılacaq və işçilərin sayı 12-yə çatdırılacaq

Siyasət Materials 12 Fevral 2007 11:23 (UTC +04:00)

Nizami Məqbərəsində təmir işləri aparılacaq və işçilərin sayı 12-yə çatdırılacaq. Bu barədə Trend ə məlumatı Nizami məqbərəsinin direktoru Gülnarə İsmayılova verib.

Müsahibin sözlərinə görə, ötən il məqbərədə olan Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev burada abadlıq işlərinin lazım olduğunu qeyd edib. "Məqbərənin ətrafındakı işıqlandırıcıların əksəriyyəti işləmir. Bu il işıqlandırıçı sistemin yenidən qurulması üçün bütün elektrik naqillərinin yenilənməsi gözlənilir. Həmçinin burada yaradılan Göy gölün rəmzi abidəsi də təmir olunacaq. Bu şəhər rəhbəri Eldar Əzizovun təşəbbüsüdür. Artıq bu məqsədlə yeni layihə də hazırlanır",- deyən Gülnarə İsmayılova bu il işçilərinin sayının da artırılacağını bildirib.

"Nizami Gəncəvinin məqbərəsi ümumdünya ziyarətgahıdır. Lakin hazırda burada 4 bağban, 4 nəfər isə dalandar çalışır. Lakin bu ziyarətə gələn qonaqların tam razı qalması üçün ərazinin istənilən səviyyədə abad vəziyyətdə saxlanılması üçün azlıq təşkil edir".

Bu məqsədlə Mədəniyyət və Turizm Naziliyinə müraciət olunduğunu deyən məqbərənin direktoru, təxminən 12 əlavə ştat yaradılacağını bildirib.

Xəbər lenti

Xəbər lenti