...

"Azərros" FMMM-in prezidenti: Moskva RF hökumətinin bazarlarda pərakəndə satış haqqında qətnaməsini dəyişdi

Siyasət Materials 12 Fevral 2007 13:46 (UTC +04:00)

Moskva hökuməti RF subyektinin hüquqları ilə Rusiya hökumətinin müvafiq qətnaməsində əlavə və dəyişikliklər edib. Bunlara əsasən Moskva və Moskva vilayəti ərazisində qərar faktiki olaraq ləğv olunmuş hesab olunacaq. Bu barədə "Azərros" Rusiya azərbaycanlılarının Federal milli-mədəni muxtariyyatının ("Azərros" FMMM) prezidenti Söyün Sadıqov Moskvada Trend in xüsusi müxbirinə eksklüziv olaraq məlumat verib.

O izah edib ki, Moskva RF-nin subyekti kimi birtərəfli qaydada RF hökumətinin qətnaməsini ləğv edə bilməz, müəyyən prosedur keçməlidir, lakin fakt olaraq qalır ki, Moskva hökuməti şənbə günü - fevralın 10-da artıq qətnamənin Moskva və Moskva vilayətində fəaliyyətini ləğv edən qərar qəbul edib.

Rusiya hökuməti yanında məsləhət şurasının milli məsələlər üzrə sədr müavini S.Sadıqov bildirib ki, fevralın 1-də RF Regional İnkişaf Nazirliyində o, geniş iqtisadi hesabat təqdim edərək və RF hökumətinin qətnaməsinin iqtisadi cəhətdən məqsədəuyğun olmamasını real göstəricilərlə sübut edərək, məruzə ilə çıxış edib. Onun sözlərinə görə, müşavirədə iştirak edən RF hökumətinin sədr müavini Aleksandr Jukov məruzəyə razılıqla yanaşıb və onu diqqətə alıb. Sonra S.Sadıqovun qeyd etdiyi kimi, bizim Rusiya hökumətinə müraciətlərimiz, o cümlədən bu məsələ ilə bağlı Rusiyanın iqtisadi inkişaf naziri German Qrefə müraciət olundu. "Biz, "Azərros" FMMM olaraq, əvvəlcə Rusiyanın bəzi azərbaycanlı diaspor təşkilatlarının, eləcə də KİV və Azərbaycanda bəzi qurumların süni şəkildə isteriya qaldırmasına qarşı idik, ona görə də əsassız çaxnaşma əvəzinə konkret fakt və rəqəmlərə əsasən Rusiyanın yerli və federal hökumət orqanlarını qətnamənin iqtisadi cəhətdən məqsədəuyğun olmamasına inandırmaq yolunu seçdik və bu, öz real təsiri

ni göstərdi. Həqiqətən, artıq yanvarın 15-dən sonra paytaxt bazarları boşalmağa başladı, qida məhsullarının qiyməti isə 15-20% qalxdı, bu isə moskvalıların özünün narazıçılığına səbəb olmaya bilməzdi. Şəhər sakinlərinin hiddətini və Moskvanın milli təşkilat və birlikləri tərəfindən çoxsaylı müraciətləri nəzərə alaraq, Moskva hökuməti müvafiq qərar qəbul etdi və qətnaməni faktiki olaraq ləğv etdi", - deyə S.Sadıqov vurğulayıb.

"Azərros" FMMM-in prezidenti qeyd edib ki, Moskva hökumətinin qərarının müvafiq müzakirəsi bu gün Moskva şəhər dumasında keçiriləcək və o, yəqin ki, həmin qərarı təsdiq edəcək. Söyün Sadıqov əmindir ki, Rusiya Federasiyasının bütün qalan subyektləri də Moskvadan nümunə götürəcəklər.

Xəbər lenti

Xəbər lenti