...

Malayziyada İslam Konfransı Təşkilatı Parlament İttifaqı İcraiyyə Komitəsinin 16-cı iclası sessiyası başlayıb

Siyasət Materials 12 Fevral 2007 13:50 (UTC +04:00)

Fevralın 11-də Malayziyanın Kuala-Lumpur şəhərində İslam Konfransı Təşkilatı Parlament İttifaqı İcraiyyə Komitəsinin sessiyası başlayıb. Trend in məlumatına görə, sessiya fevralın 19-a qədər davam edəcək.

İKT Pİ Şurasının 9-cu sessiyasında Yaxın Şərqdə vəziyyətlə əlaqədar bir sıra məsələlərə baxılacaq, siyasətdə ikili standartın mənfi nəticələri müzakirə ediləcək, enerjidən istifadə üzrə millətlərin hüquq bərabərliyinə dəstək veriləcək, Qərb dövlətləri ilə parlamentlərarası əlaqələrin genişlənməsi istiqamətində tədbirlər müəyyənləşdiriləcək.

Sessiyada demokratiya, insan haqları və Beynəlxalq Humanitar Hüququn təbliği, həmçinin qloballaşma ilə bağlı iqtisadi məsələlərə də diqqət yetiriləcək. Mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun inkişafı naminə, Qərb ölkələrində islami dəyərlərə obyektiv baxışın formalaşdırılması məqsədi ilə İslam ölkələrində xarici dillərdə televiziya verilişlərinin hazırlanıb Qərbdə yayımlanması istiqamətində fikir mübadiləsi aparılacaq.

Sessiyada Azərbaycanı Milli Məclisin deputatları Gövhər Baxşəliyeva və Cavanşir Paşazadə təmsil edirlər. Deputatlarımız sessiya çərçivəsində üç xüsusi daimi komitənin ilk yığıncağında iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti