...

Səfir: Azərbaycan prezidenti Qazaxıstana səfər edəcək

Siyasət Materials 12 Fevral 2007 16:47 (UTC +04:00)
Səfir: Azərbaycan prezidenti Qazaxıstana səfər edəcək

Azərbaycan prezidenti İlham Əliyev bu il Qazaxıstana səfər edəcək. Bu barədə eksklüziv olaraq Trend ə Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov bildirib.

Səfirin sözlərinə görə, keçən ilin noyabr ayında Türkiyənin Antalya şəhərində keçirilən türkdilli dövlət başçılarının sammiti çərçivəsində İlham Əliyevə Qazaxıstana rəsmi səfər barədə dəvət təqdim edilib və o, bu dəvəti qəbul edib.

L.Qəndilov hesab edir ki, səfər bu il baş tuta bilər.

Dövlət başçısının səfərinin hazırlanması məsələləri Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun bu yaxınlarda Qazaxıstana nəzərdə tutulan səfəri çərçivəsində aparılacaq danışıqlarda da diqqət mərkəzində ola bilər.

Xəbər lenti

Xəbər lenti