...

"Dalğa" Gənclər Hərəkatı iki yaşını qeyd etdi

Siyasət Materials 12 Fevral 2007 17:19 (UTC +04:00)

"Dalğa" Gənclər Hərəkatı fevralın 12-də iki yaşını qeyd etdi. Trend in məlumatına görə, bu münasibətlə Bakı "Caz Mərkəzi"ndə keçirilən mərasimdə millət vəkilləri, ayrı-ayrı gənclər təşkilatlarının rəhbərləri, ölkənin ictimai, siyasi sahədə fəal olan gəncləri iştirak ediblər.

Təşkilatın sədri Ülvi Həsənli çıxışında "Dalğı" Gənclər Hərəkatının yaranma zərurəti, ölkə gənclərinin fəallığı barədə danışıb. Sonra təşkilatın sədr müavini Turanə Ruslanova Hərəkatın iki il ərzində gördüyü işlər, həyata keçirdiyi layihələr, gənclərlə keçirilən görüşlər bölgələrə təşkil olunan səfərlər barədə məlumat verib. Çıxış edən qonaqlar gənclərin ictimai, siyasi fəallığını yüksək qiymətləndirərək "Dalğa"ya arzularını bildiriblər.

"Dalğa" Gənclər Hərəkatının fəaliyyətini əks etdirən kadrlar toplantı iştirakçılarına nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti