...

Yeni qaz kartelinin yaradılması ideyası Azərbaycan üçün çətin ki, maraqlı olsun

Siyasət Materials 12 Fevral 2007 18:08 (UTC +04:00)
Yeni qaz kartelinin yaradılması ideyası Azərbaycan üçün çətin ki, maraqlı olsun

Hazırda Azərbaycana yaradılması barədə İranın bu yaxınlarda bəyan etdiyi qaz ixracatçılarının yeni birliyinə (OPEC kimi) daxil olması üçün vaxtından qabaq addımlar həyata keçirməyə dəyməz. Bu barədə Trend ə İctimai Maliyyə Monitorinq Mərkəzinin (PFMC) rəhbəri İnqilab Əhmədov bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın iştirakı barədə danışmaq tezdir.

"Ölkə bu alyansın hansı dövlətlərdən ibarət olması və onun siyasəti haqqında rəsmi olaraq öyrənənə qədər bununla bağlı heç bir addım ata bilməz", deyə o, qeyd edib. Bir neçə ildən sonra Azərbaycan Avropa ölkələrinə böyük miqdarda qaz ixrac etməyə hazırlaşır. Cənubi-Qafqaz qaz kəməri layihəsinə əsasən Qazaxıstan və Türkmənistanın da Trans Xəzər qaz kəmərinin tikintisi vasitəsilə qoşulması da istisna edilmir.

Bəzi məlumatlara əsasən, qaz kartelinə İran, Əlcəzair və Rusiya daxil ola bilər. Mütəxəssislər qeyd edir ki, "qaz OPEC-i" çərçivəsində qaz qiymətlərinə nəzarət yalnız AB-nin uzunmüddətli müqavilələrin, o cümlədən "Qazprom"un həyata keçirilməsini məhdudlaşdıracağı təqdirdə effektli olacaq.

Mütəxəssislər qeyd edir ki, AB-də qiymətqoyulma prinsipini dəyişmədən real fəaliyyət göstərən qaz kartelini təşkil etmək mümkün deyil.

Bir sıra mütəxəssislər həmçinin hesab edir ki, qaz bazarlarına daxil olmaq və əməkdaşlığın qiymət razılığı məsələləri həll olunmayadək "qaz OPEC-i"nin yaradılması barədə söhbət də gedə bilməz

Xəbər lenti

Xəbər lenti