...

Akif Şahbazov: "Mən ADP-dəyəm və partiyanın qərargahına da qayıdacam"

Siyasət Materials 12 Fevral 2007 18:38 (UTC +04:00)

"Mənim partiyadan uzaqlaşdırılmağım barədə çıxarılan qərar əsassızdır və sadəcə gülüş doğurur. Mən ADP-dəyəm və partiyanın qərargahına da qayıdacam". Bu fikirləri Trend ə açıqlamasında Azərbaycan Demokrat Partiyası (ADP) Ali Məclisinin sədri Akif Şahbazov bildirib.

Qeyd edək ki, bu gün fevralın 12-də ADP-nin hazırda səlahiyyəti olan yeganə qurumu - qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi Akif Şahbazovun vəzifəsindən və partiyadan çıxarılması barədə qərar qəbul edib. Buna münasibətini bildirən A.Şahbazov qeyd edib ki, partiya aparatı üzvlərinin Ali Məclis sədrini vəzifəsindən azad etmək hüququnun olması Nizamnamədə əksini tapmayıb. Onun sözlərinə görə, Sərdar Cəlaloğlu və onun tərəfdarlarının bu hərəkətləri ADP sədri Rəsul Quliyevin son sərəncamını və iqtidara dialoq qururlması barədə qərarı rədd etməsini qüvvədən salmaq məqsədiə edilir: "Rəsul Quliyev Sərdar Cəlaloğlunu vəzifəsindən azad edib, lakin bu şəxslər siyasi etikadan kənar şəkildə mətbuata yanlış məlumatlar verirlər. Sərdar Cəlaloğlu hal-hazırda partiyada qanunsuz şəkildə fəaliyyət göstərir".

A.Şahbazov onu da deyib ki, sabah ADP-nin qərargahına gedəcək, onun uzaqlaşdırılması barədə bəyanatlardan sonra yaranmış vəziyyəti aydınlaşdıracaq. Akif Şahbazov və onun tərəfdarları yaxın günlərdə Ali Məclisin toplantısını keçirməyə hazırlaşır. S.Cəlaloğlunun düşərgəsi isə A.Şahbazovun belə bir hüququnun olmadığını bildirir.

Xəbər lenti

Xəbər lenti