...

Azərbaycan prezidenti bir qrup ziyalıya orden və fəxri adlar təqdim edib

Siyasət Materials 12 Fevral 2007 18:47 (UTC +04:00)

Trend xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev bir qrup ziyalıya orden və fəxri adlar təqdim edib. Prezident onları təbrik edib və qeyd edib ki, onlar ölkənin ictimai-siyasi və mədəni həyatında göstəridikləri böyük xidmətlər sayəsində Azərbaycanda çox yaxşı tanınırlar.

İlham Əliyev xalq şairi Qabil İmamverdiyevə "İstiqlal" ordeni, baş prokuror Zakir Qaralova "Azərbaycan bayağı" ordeni, iqtisadi və siyasi məsələlər üzrə məsləhətçi Vahid Axundova, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilova, Dəvəçi İcra Hakimiyyəti başçısı Sunduz Babayevə, Həmkarlar Konfederasiyası sədri Səttar Mebalıyevə "Şöhrət" ordeni, yazıçı Mövlüd Süseymanlıya "Xalq yazıçısı" fəxri adı, Tofiq Ağababayeva, Nazim Balakişiyevə, Xanlar Əhmədova, Arif Hüseynova, Ağəli İbrahimova, Səlhəb Məmmədova və Mirnadir Zeynalova "Xalq rəssamı" fəxri adı təqdim edib.

Xəbər lenti

Xəbər lenti