...

Sərdar Cəlaloğlu: "ADP-ni "Azadlıq" blokunda mən təmsil edəcəyəm"

Siyasət Materials 12 Fevral 2007 18:49 (UTC +04:00)

"Akif Şahbazov ADP Nizamnaməsini kobud şəkildə pozduğuna və partiyanın siyasi xəttinə qarşı təbliğat apardığına görə fevralın 12-də ADP sıralarından qovulub. Ona görə də, Akif Şahbazov ADP-ni "Azadlıq" blokunda təmsil edə bilməz". Trendin məlumatına görə bu barədə müxalifətyönlü Azərbaycan Demokrat Partiyasının sədrinin keçmiş birinci müavini, partiyanın qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu bildirib.

S.Cəlaloğlu bildirib ki, ADP-ni "Azadlıq" blokunda onun özü təmsil edəcək.

Qeyd edək ki, ADP sədri Rəsul Quliyev fevralın 11 -də imzaladığı sərəncamla Akif Şaxbazovu partiyanın "Azadlıq" blokundaki təmsilçisi təyin edib.

S.Cəlaloğlu vurğulayıb ki, bu qərarın əsası yoxdur. Onlar partiyanın qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin qəbul etdiyi qərarları "Azadlıq" blokundaki müttəfiqlərinə təqdim edəcəklər və onlar qərar qəbul etdikdən sonra iclaslara qatılacaqlar.

Xəbər lenti

Xəbər lenti