...

ABŞ dövlət katibi məsləhətçisinin müavini: ANAMA Əfqanıstan və İraqdakı layihələrə cəlb oluna bilər

Siyasət Materials 12 Fevral 2007 18:55 (UTC +04:00)

ABŞ hökuməti Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üzrə milli agentliyinə (ANAMA) ayrılan büdcəyə yenidən baxa bilər. Trend in məlumatına əsasən, bu barədə təşkilatın nümayəndələri ilə görüş zamanı ABŞ dövlət katibinin məsləhətçisinin müavini Maykl Kolter bəyan edib.

O, agentlik ilə yaxından tanış olub və onun işini yüksək qiymətləndirib. O, qeyd edib ki, strukturun fəaliyyəti Əfqanıstan və İraq dövlətləri üçün minalardan təmizlənmə sahəsində yaxşı nümunə ola bilər. Onun sözlərinə görə, ABŞ ANAMA-nın bu layihələrə cəlb olunması məsələsinə baxa bilər.

ANAMA-nın direktoru Nazim İsmayılov qonağı təşkilatın fəaliyyəti barədə məlumtlandırıb və problemlərdən danışıb. Onun sözlərinə görə, Azərbaycan hökumətinin agentliyə maliyyə yardımını ilbəil artırdığı bir vaxtda ANAMA-nın donor dövlətləri dəstəyi azaldır. O, ABŞ dövlət departamentinin nümayəndəsindən bu məsəəlni rəsmi dairələrdə qaldırmasını xahiş edib.

N. İsmayılovun sözlərinə görə ABŞ təşkilatın bütün xərclərinin 80%-ni ödəyən ANAMA-nın donor dövlətidir.

Xəbər lenti

Xəbər lenti