...

Səfir: Azərbaycan və İran arasında münasibətlər bütün sahələrdə inkişaf edir

Siyasət Materials 12 Fevral 2007 20:35 (UTC +04:00)
Səfir: Azərbaycan və İran arasında münasibətlər bütün sahələrdə inkişaf edir

Azərbaycan və İran arasında münasibətlər bütün sahələrdə inkişaf edir. Trend ə əsasən bu barədə bu gün İslam inqilabının 28-ci ildönümü ilə bağlı mərasimdə çıxış edən İranın Azərbaycandakı səfiri Əfşar Sülyemani bəyan edib.

Diplomat məlumat verib ki, son illər iki ölkə arasında ticarət-iqtisadi münasibətlərin həcmi 30% artıb, mədəniyyət və idman sahəsində inkişaf gedir. Onun sözlərinə görə, ötən il ərzində yüksək səviyyəli bir sıra səfərlər həyata keçirilib. Həmin səfərlər, bir sıra ikitərəfli müqavilələr, həmçinin energetika və nəqliyyat kimi sahələrdə imzalanması əməkdaşlığın inkişafında vacib rol oynayıb.

Ə. Süleymani beynəlxalq və regional təşkilatlar, həmçinin İslam Konfransı Təşkilatı və ECO kimi təşkilatların çərçivsəində iki ölkənin əsəkdaşlığından məmnunluğunu bildirib.

Səfir qeyd edib ki, İran müsəlman, xüsusən də qonşu dövlətlərlə əməkdaşlığa böyük önəm verir. Bununla belə xristian ölkələrinə hörmətlə yanaşır.

Azərbaycan parlamenitinin birinci vitse-spikeri Ziyafət Abbasov çıxışında iqtisadi, ticarət, mədəni və digər sahələrdə ikitərəfli əməkdaşlıq üçün yaxşı potensialın olduğunu qyed edib. Onun sözlərinə görə, bu günə qədər 70-ə yaxın Azərbaycan-İran müqavilələri imzalanıb və onların əksrəriyyəti işlək vəziyyətdədir.

Xəbər lenti

Xəbər lenti