...

Səfir: Xəzəryanı ölkələr Tehranda Xəzərin statusu ilə bağlı birgə sənədi razılaşdıracaqlar

Siyasət Materials 13 Fevral 2007 11:11 (UTC +04:00)
Səfir: Xəzəryanı ölkələr Tehranda Xəzərin statusu ilə bağlı birgə sənədi razılaşdıracaqlar

Fevralın son tarixlərində beş Xəzəryanı ölkə nümayəndələri Xəzərin hüquqi statusu ilə bağlı vihid bəyanatın mətninin hazırlanması üçün Tehranda toplaşacaqlar, bu sənədin dövlət başçılarının Xəzər sammitində imzalanması planlaşdırılır. Bu barədə eksklüziv olaraq Trend ə İranın Azərbaycandakı səfiri Əfşar Suleymani bildirib.

O bildirib ki, Xəzər sammitinin keçirilməsi tarixi hələ dəqiqləşdirilməyib, lakin həmin sənədin razılaşdırılması üçün Tehranda Xəzəryanı ölkə nümayəndələrinin artıq iki görüşü keçirilib.

Diplomat hesab edir: "Tehranda keçirirləcək bu görüşdən sonra həmin sənəd tamamilə razılaşdırılacaq və Xəzər sammitinin vaxtı dəqiqləşdiriləcək".

Ə.Suleymaninin sözlərinə görə, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov tərəfindən təmsil olunacaq.

Xəbər lenti

Xəbər lenti