...

Gəncə darvazalaranın hazırlanması işi yekunlaşmaq üzrədir

Siyasət Materials 13 Fevral 2007 12:08 (UTC +04:00)

Gəncə darvazalaranın hazırlanması işi yekunlaşmaq üzrədir. Bu barədə məlumatı Trendə Gəncə Regional Elm Mərkəzinin direktoru Fuad Əliyev verib.

Müsahibin sözlərinə görə darvazaların hündürlüyü 3 m 70 sm, eni isə 3 m 40 sm-dır. Qapının hazırlanmasında qədimi materiallardan istifadə edilib.

"Hazırda qala divarlarının tikintisi üçün hazırlıq işləri aparılır. Divarlar hazır olandan sonra qapılar yerinə asılacaq. Qala barılarını tikmək üçün lazım olan kərpiclər Naxçıvandan gətirilir" - deyə F. Əliyev bildirdi.

Qeyd edək ki, Gəncə Darvazalarının əsli Gürcüstanın Kutaisi şəhərindədəir. Onu 1139-cu ildə Gəncədə zəlzələ baş verən zaman gürcü ordusu qənimət kimi aparıb.

Xəbər lenti

Xəbər lenti