...

Müsavat Partiyası növbəti yürüş-mitinqini mart ayında keçirəcək

Siyasət Materials 13 Fevral 2007 12:47 (UTC +04:00)

Müsavat Partiyası növbəti yürüş-mitinqini mart ayında keçirəcək. Bu barədə Trend ə partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib.

A.Hacılı qeyd edib ki, partiya hazırda fevralın 18-də keçiriləcək yürüş-mitinqə hazırlıq işlərini başa çatdırmaq üzrədir. Onun sözlərinə görə, bu aksiyada Müsavatın müttəfiqi olan partiyalar da iştirak edəcək. Müsavat bu yürüş-mitinqdə 10 min nəfərin iştirak edəcəyini gözləyir. Müsavat digər müxalifət partiyalarını da 18 fevral aksiyasında iştirak etməyə çağırıb.

A.Hacılı qeyd edib ki, mart ayında Novruz bayramı ərəfəsində və ya bayramdan sonra Müsavat bu il üçüncü kütləvi aksiyasını keçirəcək.

Qeyd edək ki, müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub.

Xəbər lenti

Xəbər lenti