...

Nazir: "Şahdəniz" yatağında quyuların istismara verilməsi qrafiki müəyyən edilib

Siyasət Materials 13 Fevral 2007 13:00 (UTC +04:00)
Nazir: "Şahdəniz" yatağında quyuların istismara verilməsi qrafiki müəyyən edilib

"BP Azerbaijan" fevral ayının sonunda "Şahdəniz" qaz kondensat yatağında ikinci qabaqlayıcı quyunu istismara verəcək. Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

Onun sözlərinə görə, istismara üçüncü və dördüncü quyular da veriləcək. Nazir bildirib: "İstismara üç quyu verildikdən sonra "BP Azerbaijan" birinci quyuda işlərə başlayacaq.

Hazırda "BP Azerbaijan" birinci qabaqlayıcı quyuda problemləri həll edir və eyni zamanda ikinci quyunu platforma ilə birləşdirir".

Birinci qabaqlayıcı quyu qaz sızması səbəbindən dayandırılıb.

"Şahdəniz" yatağının işlənməsi layihəsinin "Mərhələ-1" çərçivəsində ildə 8,6 mlrd. kub metr qaz hasil ediləcək.

2007-ci ildə "Şah dəniz"dən 5,4-5,6 mlrd. kub metr qaz hasil ediləcək.

Xəbər lenti

Xəbər lenti