...

Dairə seçki komissiyaları tərəfindən ölkə seçicilərinin sayının dəqiqləşdirilməsi işi aparılır

Siyasət Materials 13 Fevral 2007 13:16 (UTC +04:00)

Ölkə seçicilərinin sayının dəqiqləşdirilməsi prosesi hazırda dairə seçki komissiyaları (DSK) tərəfindən aparılır. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Seçici siyahılarının dəqiqləşdirilməsi işi məntəqə seçki komissiyaları tərəfindən başa çatdırılıb və siyahılar DSK-lara təhvil verilib. DSK-lar da öz hüdudları çərçivəsində siyahılarda yoxlamalar aparmalı və martın 5-dək bu işi başa çatdırmalıdır. DSK-lar siyahını MSK-ya təhvil verdikdən sonra yuxarı komissiya "Seçkilər" İnformasiya Mərkəzi ilə birgə səsvermə hüququ olan vətəndaşların siyahısını yenidən yoxlayacaq. Mayın sonuna qədər ölkə üzrə seçicilərin siyahısı tam dəqiqləşməli və elan olunmalıdır.

Xəbər lenti

Xəbər lenti