...

Azərbaycan prezidenti Almaniyanın federal kansleri, xarici işlər və iqtisadiyyat naziri ilə danışıqlar aparacaq

Siyasət Materials 13 Fevral 2007 14:03 (UTC +04:00)

Fevralın 14-16-da Azərbaycan prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfərinin kifayət qədər zəngin proqramı hazırlanıb. Bu barədə Azərbaycanın Almaniyadakı səfirliyinin ikinci katibi Nəsimi Ağayev Trend ə eksklüziv olaraq məlumat verib.

Azərbaycan prezidenti İlham Əliyevin Almaniyanın federal kansleri Angel Merkel ilə görüşü səfərin birinci gününə planlaşdırılıb. Elə həmin gün dövlət başçısı federal xarici işlər naziri Frank-Valter Ştaynmayerlə görüşəcək.

İlham Əliyev "dəyirmi masa" çərçivəsində aparıcı alman şirkətlərinin başçıları ilə görüşdə iştirak edəcək. Səfər çərçivəsində fevralın 15-də Azərbaycan prezidenti Konrad Adenaura Fondunda "Azərbaycan XXI əsrdə: inkişaf və perspektivlər" mövzusunda nitqlə çıxış edəcək. Azərbaycan səfirliyinin yardımı ilə təşkil olunmuş tədbirdə Almaniyanın müxtəlif siyasi və işgüzar dairələrinin nümayəndələrinin, Bundestaq üzvlərinin, hökumət və ictimaiyyət nümayəndələrinin iştirakı gözlənilir.

Bununla yanaşı, səfər proqramına hər iki ölkənin biznes-dairələrinin nümayəndələrinin iştirakı ilə biznes-forumun keçirilməsi daxil edilib. Biznes-forum Azərbaycan prezidenti və Almaniyanın federal iqtisadiyyat və texnologiyalar naziri Mixael Qlossun iştirakı ilə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti