...

Beynəlxalq Avropa Hərəkatının baş katibi Henrik Kroner fevralın 14-dən 17-dək Azərbaycanda səfərdə olacaq

Siyasət Materials 13 Fevral 2007 14:05 (UTC +04:00)

Beynəlxalq Avropa Hərəkatının baş katibi Henrik Kroner fevralın 14-dən 17-dək Azərbaycanda səfərdə olacaq. Bu darədə Trend ə Azərbaycan Avropa Hərəkatından məlumat verilib.

Məlumatda qeyd olunur ki, səfər Azərbaycan Avropa Hərəkatının prezidenti Həbib Quliyevin dəvəti ilə həyata keçirilir.

"Səfərdə məqsəd Azərbaycanda ictimai-siyasi durumla, ölkəmizin Avropaya inteqrasiyası prosesi, Bakıda fəaliyyətə başlayan Beynəlxalq Avropa Hərəkatının Azərbaycandakı yerli nümayəndəliyinin işi ilə tanış olmaqdır", -deyə məlumatda vurğulanır.

Beynəlxalq Avropa Hərəkatının prezidenti səfər çərçivəsində hökumət nümayəndələri, siyasi partiya və qeyri,hökumət təşkilatlarının rəhbərləri, habelə Avropa ölkələrinin Bakıdakı diplomatik korpusları və beynəlxalq təşkilatların təmsilçiləri ilə görüşlər keçirməsi nrəzərdə tutulub.

Fevralın 14-də H.Kroner və Azərbaycan Avropa Hərəkatının nümayəndələri Fəxri Xiyabanda mərhum eks-prezident Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanının ziyarət edəcəklər.

Xəbər lenti

Xəbər lenti