...

Gürcüstanın Azərbaycandakı yeni səfiri vəzifələrinin icrasına martda başlayacaq

Siyasət Materials 13 Fevral 2007 15:50 (UTC +04:00)

Gürcüstanın Azərbaycana təyin olunmuş yeni səfiri Nikolaz Natbiladze Bakıya martda gələcək. Bu barədə Trend ə Gürcüstanın Azərbaycandakı səfirliyinin məsləhətçisi Aleksandr Axvediani bildirib.

Onun sözlərinə görə, hazırda yeni səfirin gələcək diplomatik fəaliyyəti ilə bağlı bəzi texniki məsələlər həll edilir.

Bu gün Gürcüstan parlamenti Nikoloz Natbiladzenin namizədliyini təsdiq edib. Bu qərarın lehinə Gürcüstan parlamentinin 149 deputatı yekdilliklə səs verib. Bu günə qədər N.Natbiladze Gürcüstanın xarici işlər nazirinin müavini vəzifəsində çalışıb.

Xəbər lenti

Xəbər lenti