...

"Azərbaycan İnvestisiya Şirkəti" kommunikasiya və logistika ilə maraqlanır

Siyasət Materials 13 Fevral 2007 16:32 (UTC +04:00)
"Azərbaycan İnvestisiya Şirkəti" kommunikasiya və logistika ilə maraqlanır

2007-ci ildə "Azərbaycan İnvestisiya Şirkəti" SC (AİŞ) kənd təsərrüfatı və kənd təsərrüfatında emaledici sənaye sahələrində bir sıra səhmləşdirilmiş layihələri nəzərdən keçirmək niyyətindədir. Bu barədə Trend ə əsasən AİŞ-nin icraçı direktoru Anar Axundov məlumat verib.

"Bizi həm dünyada tərəvəz, meyvə və gül yetişdirilməsində son texnologiyaların tətbiqi, həm də kənd təsərrüfatında emaledici sənaye sahəsi də maraqlandırır. İlk növbədə, bu süd istehsalı və şirələrin istehsalıdır", deyə A. Axundov bildirib.

İnvestisiya cəhətdən cəlb olunma nöqteyi-nəzərindən heyvandarlıq və broyler təsərrüfatı da nəzərdən keçirilir.

"Başqa sahələrə gəldikdə, bizə tikinti materialları sahəsində yeni layihələr maraqlıdır. Bu yalnız sement deyil, həmçinin üzlük materiallarıdır. Şüşə sənayesinə də investisiya qoyulmasını nəzərdən keçirməyə başlamışıq", deyə A. Axundov qeyd edib.

Onun sözlərinə görə, zibil emal edən zavodun tikintisinə investisiya qoylmasının qiymətləndirilməsi də həyata keçirilir. "Burada kommersiya tərkibi də var. İqtisadi tərəfdən cəlbetmə olsa, biz iştirak edəcəyik", deyə Axundov bildirib.

Şirkət həmçinin kommunikasiya və logistika sahələrində də maraqdılır. Bununla bağlı xarici investorlarla böyük iş aparılır. İnvestisiyalaşdırmanın mümkün olduğu seqmentlər müəyyənləşdirilir.

Xəbər lenti

Xəbər lenti