...

Səfir: Azərbaycanın müdafiə naziri BƏƏ-də beynəlxalq sərgidə iştirak edəcək

Siyasət Materials 13 Fevral 2007 17:14 (UTC +04:00)
Səfir: Azərbaycanın müdafiə naziri BƏƏ-də  beynəlxalq sərgidə iştirak edəcək

Fevralın 18-22-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə International Defence Exibition Conference (IDEC) 2007 beynəlxalq sərgisi keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın BƏƏ-dəki səfiri Eldar Səlimov məlumat verib.

Səfirin qeyd etdiyi kimi, sərgi iki ildən bir keçirilir və müdafiə sahəsində dünya şöhrətli sərgi -konfranslardan biridir.

Azərbaycan bu sərgidə yüksək səviyyədə təmsil olunacaq, nümayəndə heyətinə Səfər Əbiyev başçılıq edəcək.

Səfir bildirib ki, Azərbaycanın müdafiə idarəsinin başçısı sərgi-konfransda iştirak çərçivəsində vitse-prezident, baş nazir, Dubay əmiri, müdafiə naziri Şeyx Məhəmməd bir Rəşid əl Maktum və BƏƏ Silahlı qüvvələrinin Baş qərargah rəisi Səid Əl Rumeysi ilə görüşəcək.

Xəbər lenti

Xəbər lenti