...

Bərdədə ev quşlarında xəstəliyin qarşısını almaq məqsədilə vaksinləmə işləri aparılır

Siyasət Materials 13 Fevral 2007 18:00 (UTC +04:00)

Ev quşlarında yayılan müəyyən xəstəliklərin qarşısını almaq məqsədi ilə Bərdə Rayon Baytarlıq İdarəsində qabağlayıcı tədbirlər görülür. Bu barədə Trend in bölgə müxbirinə Bərdə Rayon Baytarlıq İdarəsinin baş həkimi Mehman İsmaylov məlumat verib.

Onun sözlərinə görə, cöl quşlarında olan nyukasl xəstəliyinin qarşısının alınması məqsədilə vaksinləmə aparılır. Dərman preparatları isə Respublika Baytarlıq İdarəsindən pulsuz göndərilir. O cümlədən, ev quşlarında lasota tədbirləri də aparılır. Buna el arasında "burun damcısı" da deyilir. Məqsəd isə quşlarda dezinfeksiya işini aparmaqdır.

M.İsmaylov onu da qeyd etdi ki, quş qripi ilə əlaqədar rayonun kəndlərində sahə baytar həkimləri kənd camaatı arasında maarifləndirmə işləri aparır. Bundan başqa Baytarlıq İdarəsinin əməkdaşları ayda iki dəfə rayonun ərazisində monitorinq aparıb cöl və ev quşlarından qan nümunələri götürür, respublika Baytarlıq laboratoriyasına göndərir. Gələn analizlərin cavabı müsbətdir. Hələlik heç bir qorxulu və təhlükəli xəstəlik yoxdur.

Xəbər lenti

Xəbər lenti