...

"Azadlıq" bloku ADP-də baş verən hadisələrlə bağlı münaqişə tərəfinə çevrilməyəcək" - blokun həmsədri Ə.Əliyev

Siyasət Materials 13 Fevral 2007 18:52 (UTC +04:00)

"Azadlıq" bloku ADP-də baş verən hadisələrlə bağlı münaqişə tərəfinə çevrilməyəcək.

Bu fikirləri Trend ə açıqlamasında blokun həmsədri Əli Əliyev bildirib.

O qeyd edib ki, "Azadlıq" blokunun Sədrlər Şurası ADP-də yaranmış ikitirəliyin aradan qaldırılmasında və partiyanın bütöv qalmasında maraqlıdır: "Blokun ümumi mövqeyi bundan ibarətdir ki, hələlik ADP-ni parçalanmış hesab etmək olmaz və partiyadakı vahid mövqeyi bərpa etmək imkanları tükənməyib. Ona görə də "Azadlıq" bloku ADP-də iki mövqeyi daşıyan tərəflərdən hansınasa üstünlük verib digər tərəflə əməkdaşlığdan imtina etməyi düşünmür" - deyə Əli Əliyev qeyd edib.

Onun sözlərinə görə, ADP ilə bağlı blokuy rəsmi mövqeyi fevralın 14-də müəyyənləşdiriləcək və açıqlanacaq.

Qeyd edək ki, "Azadlıq" blokunda 4 müxalifət partiyası- Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal, Vətəndaş və İnkişaf (VİP), Azərbaycan Demokrat (ADP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti