...

Dövlət Komitəsinin sədri: "Dünya azərbaycanlıları alim və jurnalistlərinin I Forumu bu ilin aprelində Türkiyədə keçiriləcək"

Siyasət Materials 14 Fevral 2007 12:48 (UTC +04:00)
Dövlət Komitəsinin sədri: "Dünya azərbaycanlıları alim və jurnalistlərinin I Forumu bu ilin aprelində Türkiyədə keçiriləcək"

Dünya azərbaycanlıları alimlərinin və jurnalistlərinin birinci Forumu bu ilin aprel ayında Türkiyədə keçiriləcək. Bu barədə Trend ə eksklüziv olaraq Xarici Ölkələrdə Yaşayan Azərbaycanılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov məlumat verib.

O bildirib ki, həm dünyada yaşayan Azərbaycan əsilli jurnalistərin, həm də alimlərin ayrılıqda Forumları keçiriləcək. Bu tədbirlərin bir-birinin ardınca keçirilməsi nəzərdə tutulur. Çünki forumların Türkiyədə təşkil olunacağı gözlənilir: "Təşkilatçılıq işlərini və xarici ölkələrdə yaşayan azərbaycanlıların bir yerə yığışmasını nəzərə alaraq hər iki forumun eyni vaxtda keçirilməsi planlaşdırılır"-deyə N.İbrahimov qeyd edib.

Komitə sədrinin sözlərinə görə, forumlar Türkiyənin Antalya şəhərində keçirilə bilər. N.İbrahimov forumların qonşu ölkədə keçirilməsinin səbəbinə aydınlıq gətirərkən qeyd edib ki, müxtəlif ölkələrdən soydaşlarımızın və qonaqların məhz Antalyaya səfərini təşkil etmək maddi baxımdan Bakıya səfərdən daha ucuz başa gəlir.

Jurnalistlərin Forumunda həm Azərbaycan Respublikasında, həm də müxtəlif ölkələrdə KİV sahəsində çalışan azərbaycanlılar dəvət olunacaq. Alimlərin də toplantısında Azərbaycanda və xarici ölkələrdə yaşayıb işləyən alim azərbaycanlıların, eyni zamanda Azərbaycandan köçüb getmiş görkəmli şəxslərin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, bundan əvvəl - ötən ilin iyun ayında Türkiyənin Antalya vilayətində Dünya Azərbaycanlıarı Ziyalılarının I Forumu keçirilmişdi.

Xəbər lenti

Xəbər lenti