...

AŞ PA prezidentinin "Trend"ə müsahibəsi: Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməlidir

Siyasət Materials 14 Fevral 2007 13:57 (UTC +04:00)
AŞ PA prezidentinin "Trend"ə müsahibəsi: Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməlidir

Trend in AŞ PA prezidenti Rene Van der Lindenlə eksklüziv müsahibəsi

- AŞ PA qış sessiyasının yekunlarını Siz necə qiymətləndirirsiniz və Assambleya bu sessiyada qoyulan məqsədlərə çatdımı?

- Sessiya çox maraqlı keçib, yüksək səviyyədə siyasi debatlar olub. Sessiyada Yunanıstan və Belçikanın baş nazirləri, eləcə də Konstantinopol patriarxı iştirak edib. Sessiya çərçivəsində biz uşaqların hüquqlarını, Ermənistandakı hazırkı vəziyyəti, AŞ-nın işini müzakirə etdik. Bu sessiya AŞ hüdudlarından kənarda da müsbət rəylər qazanıb.

- AŞ PA-nın bu sessiyası zamanı Dağlıq Qarabağ üzrə alt komitənin üzvləri (Ermənistan və Azərbaycan nümayəndə heyəti) münaqişənin həll edilməsi məqsədilə əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəldilər, həmçinin hər iki nümayəndə heyəti üzvlərinin regiona birgə səfəri ilə bağlı təşəbbüs irəli sürüldü. Siz hadisələrin bu cür gedişatını necə qiymətləndirirsiniz?

- Parlamentin bütün üzvləri münaqişənin həll edilməsi ilə bağlı beynəlxalq məsuliyyətə malikdir və onlar münaqişənin sülh yolu ilə həlli yollarının axtarışında yerinə yetirəcəkləri öhdəliklərini bildirdilər. Bu görüş münaqişənin həlli yolunda növbəti mərhələdir. Və mən ümild edirəm ki, onlar bu ruhda da davam edəcəklər.

- Avropa Şurası qarşısında Ermənistanın öhdəliklərinin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətinə söz verilməyib. Siz bu qərarı necə izah edərdiniz?

- Biz heç vaxt kiminsə danışmaq haqqını rədd etməmişik. Hamı - kişilər də, qadınlar da təşəbbüsü ələ alaraq öz siyasi qrupu adından danışa bilər.
Bizdə sistem mövcuddur ki, bura danışacaq şəxslərin adları daxil edilir və hər kəs siyahıda birinci yerdə olmaq hüququna malikdir. Bu, balans yaradır və siyahıda bütün iştirakçılar siyasi qruplar üzrə bölünürlər. Kimin danışması siyasi qrupun üzvlərinin sayından asılıdır.

- Avropa Şurası qarşısında Azərbaycanın öhdəlikləri yerinə yetirməsi səviyyəsini Siz necə qiymətləndirirsiniz? Hansı sahələri təkmilləşdirmək lazımdır?

- Mənə məlum olduğu qədər, iki məruzəçi bu məsələ ilə bağlı məruzə hazırlayır, lakin bu, hələ ki, qaralama variantdır və ictimaiyyətə təqdim edilməyəcək. Hesabatda mətbuatla bağlı vəziyyət, eləcə də heç şübhəsiz ki, seçki qanununa dair qeydlər əks olunacaq.

- Cənubi Qafqaz ölkələrinə səfər etməyə hazılaşmırsınız?

- Yox, hələ ki, belə bir səfər gözlənilmir, lakin gələcəkdə istisna edilmir.

Xəbər lenti

Xəbər lenti