...

Akif Şahbazov fevralın 18-ə ADP Ali Məclisinin fövqəladə iclasını çağırdı

Siyasət Materials 14 Fevral 2007 14:01 (UTC +04:00)

ADP Ali Məclisinin sədri vəzifəsindən uzaqlaşdırılmış Akif Şahbazov partiyada fəaliyyətini davam etdirir. Bu barədə Trend ə Akif Şahbazov özü məlumat verib.

A.Şahbazov bildirib ki, hazırda ADP-də fəaliyyətini davam etdirir və Sərdar Cəlaloğlunun tərəfdarlarının onu vəzifəsindən xaric etmələri barədə qərarını qanunsuz sayır. A.Şahbazov qeyd edib ki, fevralın 18-nə Ali Məclisin fövqəladə iclasını çağırıb və burada Rəsul Quliyevin imzaladığı qərarla bağlı müzakirələr aparacaq: "ADP Ali Məclisinin hakimiyyətlə konstruktiv dialoq qurulmasına dair qərarı partiya sədri Rəsul Quliyev tərəfindən imzalanmadı və sədr öz hüququndan istifadə edərək sənədi Ali Məclisə geri qaytardı. Buna görə də Ali Məclisin iclası çağırılmalı və bu məsələyə baxılmalıdır. Rəsul Quliyev özü də Ali Məclisin iclasının çağırılmasının tərəfdarıdır"-deyə A.Şahbazov bildirib.

Qeyd edək ki, ADP-nin 9-cu qurultayına hazırlıq üzrə təşkilat komitəsi Ali Məclisin qanunsuz iclasının çağırılmasına görə A.Şahbazovu məhkəməyə verəcəyini bəyan edib.

A.Şahbazov bildirib ki, S.Cəlaloğlu və tərəfdarları Ali Məclisin iclasının çağırılmasından narahatdırlar: "Onlar Rəsul Quliyevin sərəncamı ilə vəzifələrindən azad edildikləri, onların təklifi sədr tərəfindən dəstəklənmədiyi üçün ekstaz vəziyyətdədirlər. Eyforiyadan hətta normal düşünmək qabiliyyətlərini itiribəlr. Ali Məclisin iclasının keçirilməsindən niyə qorxurlar? Ali Məclisin üzvləri yerindədirlər və çoxluq bu toplantının keçirilməsini, qalmaqallara da son qoylulmasının tərəfdarıdır"-deyə A.Şahbazov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti