...

GUAM Ukraynanın yeni qəbul olunmuş milli təhlükəsizlik strategiyasının əsas prioritetlərindən biridir

Siyasət Materials 14 Fevral 2007 14:17 (UTC +04:00)

Demokratik seçki cəmiyyəti və GUAM Ukraynanın Baltik-Qara dəniz-Xəzər dənizi regionunda əməkdaşlığının əsas prioritetlərindən biridir. Trend in Kiyevdəki xüsusi müxbirinin məlumatına əsasən, bu Ukrayna prezidenti Viktor Yuşenkonun sərəncamla təsdiqlədiyi Ukraynanın milli təhlükəsizlik strategiyasında əks olunub.

Bununla yanaşı, Ukraynanın Baltik-Qara dəniz-Xəzər dənizi regionunda əməkdaşlığının prioritetləri ümumi energetika siyasətinin formalaşdırılması, həmçinin enerji daşıyıcılarının nəqli sahəsində region dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafıdır. Prioritetlərə həmçinin regional Avropa təşkilatları ilə qarşılıqlı əməkdaşlığın fəallaşdırılması, çoxtərəfli layihələrin həyata keçirilməsində iştirak, regionun bütün dövlətlərinin marağında olan kollektiv təhlükəsizliyinin subregional sistemlərinin formalaşdırılmasıdır.

Sənəddə qeyd olunub ki, Ukrayna regionda, ilk növbədə Dnestryanıda "dondurulmuş" münaqişələrin həlli prosesində fəal iştirakçı olaraq qalmalıdır.

Xəbər lenti

Xəbər lenti