...

Azərbaycan prezidentinin Almaniyaya rəsmi səfəri başlayıb

Siyasət Materials 14 Fevral 2007 15:10 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri başlayıb. Bu barədə Trend ə Azərbaycanın Almaniyadakı səfirliyindən bildiriblər.

Bu gün Azərbaycan prezidenti Almaniya federal kansleri Angela Merkellə görüşəcək. Elə həmin gün dövlət başçısı xarici işlər federal naziri Frank-Valter Ştaynmayerlə görüşəcək.

İlham Əliyev "dəyirmi masa" çərçivəsində aparıcı alman şirkətləri rəhbərləri ilə də görüşəcək. Səfər çərçivəsində Azərbaycan prezidenti fevralın 15-də Konrad Adenaur Fondunda "Azərbaycan XXI əsrdə: inkişaf və perspektivlər" mövzusunda sıxış edəcək. Azərbaycan səfirliyinin dəstəyi ilə təşkil olunmuş tədbirdə Almaniyanın müxtəlif siyasi və işgüzar dairələri nümayəndələrinin, Bundestaq üzvlərinin, hökumət və ictimaiyyət nümayəndələrinin iştirakı gözlənilir.

Bundan başqa, səfər proqramında hər iki ölkənin biznes-dairələri nümayəndələrinin iştirakı ilə biznes-forumun keçirilməsi də nəzərdə tutulub. Biznes-forum prezident İlham Əliyev və Almaniya iqtisadiyyat və texnologiyalar federal naziri Mixael Qlossun iştirakı ilə keçəcək.

Xəbər lenti

Xəbər lenti