...

USAİD Azərbaycanda Alternativ İnflyasiya Metodologiyasının İşlənməsinə dəstək göstərəcək

Siyasət Materials 14 Fevral 2007 15:48 (UTC +04:00)

USAİD Azərbaycanda Alternativ İnflyasiya Metodologiyasının İşlənməsinə dəstək göstərəcək. USAİD-dən Trend ə bildiriblər ki, layihə mövcud metodologiyanın qiymətləndirilməsini və yeni metodologiyanın işlənməsini nəzərdə tutur.

Layihə çərçivəsində həmçinin statistik müşahidələrin aparılması nəzərdə tutulur.

Layihə çərçivəsində Nazirlər Kabinetində, İqtisadi İnkişaf, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Vergilər nazirliklərində görüşlər keçirilib.

Layihənin təqdimatı fevralın 15-də Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti