...

Azərbaycanın baş konsulu Komi respublikasına səfər edəcək

Siyasət Materials 14 Fevral 2007 16:03 (UTC +04:00)

Azərbaycan və Komi respublikası arasında əməkdaşlıq perspektivləri, soydaşlarımızın leqallaşdırılması probleminin həlli Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanovun fevralın 18-21-də Komiyə səfəri çərçivəsində müzakirə ediləcək. Bu barədə Trend ə baş konsulluqdan bildiriblər.

Səfər çərçivəsində baş konsul Komi respublikası başçısı V.Torlopovla, Dövlət Şurası sədr müavini A.Beznosikovla, xarici işlər naziri V.Silayevlə, RF prezidentinin Şimal-Qərb federal dairəsindəki səlahiyyətli nümayəndəsinin Komidəki federal müfəttişi O.Altuxovla, Sıktıvkar şəhəri rəhbərliyi və b. şəxslərlə görüşəcək.

Baş konsul həmçinin Azərbaycan diasporu ilə görüşəcək. Görüş çərçivəsində ikitərəfli siyasi və iqtisadi əlaqələrin inkişaf perspektivləri və diasporun formalaşdırılması məsələləri müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti