...

NATO Parlament Assambleyasının növbəti sessiyası may ayında Budapeştdə keçiriləcək

Siyasət Materials 14 Fevral 2007 16:38 (UTC +04:00)
NATO Parlament  Assambleyasının növbəti sessiyası may ayında Budapeştdə keçiriləcək

NATO Parlament Assambleyasının növbəti sessiyası may ayında Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Milli Məclis sədrinin birinci müavini, Azərbaycanın NATO-dakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov məlumat verib.

Onun sözlərinə görə, hələlik sessiyada hansı məsələlərin müzakirə olunacağı dəqiqləşməyib.

Qeyd edək ki, Azərbaycan NATO-nun üzvü olmasa da ölkəmizi təmsil edən millət vəkilləri qurumun Parlament Asambleyasında assosiativ üzv statusunda təmsil olunurlar.

Xəbər lenti

Xəbər lenti