...

Gəncəyə yeni komfortlu sərnişin avtobusları gətiriləcək

Siyasət Materials 14 Fevral 2007 17:00 (UTC +04:00)

"Gəncə Avtovağzal" Səhmdar Cəmiyyətinə yaxın vaxtlarda komfortlu avtobuslar gətiriləcək. Bu barədə məlumatı Trendin Qərb Bürosuna cəmiyyətin sədri Namiq Həsənov verib.

Müsahib bildirib ki, Nəqliyyat Nazirliyinin xətti ilə yaxın vaxtlarda respublikaya Cənubi Koreyada istehsal olunan yüksək komfortlu avtobuslar gətiriləcək. Alınan avtobuslardan Gəncəyə də verilməsi planlaşdırılır. N. Həsənov qeyd edib ki, belə rahat avtobuslardan şəhərlərarası sərnişin daşıma ilə yanaşı, Gəncə daxilində də istifadə olunacaq.

Xəbər lenti

Xəbər lenti