...

Azərbaycanın Böyük Britaniyadakı səfiri Britaniya universitetində Dağlıq Qarabağ və Xocalı faciəsi mövzusunda çıxış edib

Siyasət Materials 14 Fevral 2007 17:47 (UTC +04:00)

Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsi Azərbaycanın Britaniyadakı səfiri Rafael İbrahimovun Böyük Britaniyanın aparıcı universitetlərindən birində - St Andrews universitetində çıxışı zamanı əsas diqqət məkəzində olub. Bu barədə Trend ə Azərbaycanın Britaniyadakı səfirliyindən məlumat verilib.

Universitetin beynəlxalq münasibətlər fakültəsinin təşkil etdiyi dəyirmi masa fomatında Cənubi Qafqaz problemləri mövzusunda müzakirələr aparılıb. Çıxış zamanı səfir Dağlıq Qarabağ münaqişəsinin yaranması tarixinə və Azərbaycan xalqına qarşı Ermənistan təcavüzünün nəticələrinə xüsusi diqqət ayırıb.

Xocalı faciəsinin 15-ci ildönümü ərəfəsində səfir bunun nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkünün yaranması, uşaqlar, qoca və qadınlar da daxil olmaqla minlərlə insanın həlak olması və xəsarət alması ilə nəticələnmiş Azərbaycanın mülki əhalisinə qarşı Ermənistan silahlı qüvvələrinin cinayət əməlləri üzərində ətraflı dayanıb.

Çıxışının sonunda səfir auditoriyanın suallarını cavablandırıb.

Xəbər lenti

Xəbər lenti