...

ADP-nin IX Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi partiyanın Nəsimi rayon təşkilatı sədrindən polisə şikayət verib

Siyasət Materials 14 Fevral 2007 18:28 (UTC +04:00)

Bu gün - fevralın 14-də ADP-nin IX Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi partiyanın Nəsimi rayon təşkilatının sədri Ağa Abdullaoğlundan polisə şikayət verib. Bu barədə Trend ə ADP-dən məlumat verilib.

Partiyadan bildirilib ki, ADP IX Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi fevralın 12-də Nəsimi rayon təşkilatının buraxılması və bu təşkilatın sədri Ağa Abdullaoğlunun Nizamnamə pozuntusuna yol verdiyinə, partiya daxilində pozuculuq işi apardığına görə partiya sıralarından qovulması ilə bağlı qərar qəbul edib. Lakin ADP Nəsimi RT-nın keçmiş sədri rayon təşkilatının partiya sənədlərini və möhürünü verməkdən imtina edir. Təşkilat Komitəsi partiya sənədlərinin alınması üçün aidiyyati polis orqanına müraciət edib.

Xəbər lenti

Xəbər lenti