...

KFW Azərbaycanda iqtisadi inkişafa yardım məqsədilə yeni layihəni həyata keçirməyə hazırlaşır

Siyasət Materials 14 Fevral 2007 18:36 (UTC +04:00)

2008-ci ilin yayında Almaniya İnkişaf Bankı (KFW) Azərbaycanda iqtisadi inkişafa yardım məqsədilə 5 milyon dollar məbləğində növbəti layihəsini həyata keçirmək niyyətindədir. Bu baradə Trend ə Mikromaliyyələşdirmə bankının Səbail rayon filialının açılışı mərasimində KFW nümayəndəsi Maykl Yaintsik məlumat verib. KFW Mikromaliyyələşdirmə bankının təsisçilərindən biridir.

Onun sözlərinə görə, KFW hazırda depozit və əmanətlərin sığotalanması sahəsində layihə üzərində çalışır.

O, KFW-nin bu yaxınlarda Azərbaycandakı missiyası haqqında xatırladıb və onun əsas məqsədinin ölkənin aqrar rayonlarının iqtisadi dəstəyi olduğunu söyləyib.

Maykl Yaintsik KFW-nin bankla əməkdaşlığı davam etdirəcəyini və kredit xətlərinin təqdimatına hazırlaşdıqlarını bildirib.

Xəbər lenti

Xəbər lenti