Azərbaycan XİN hesab edir ki, Ermənistan xarici işlər naziri Vardan Oskanyanın Parisə uçmaq barədə gözlənilməz qərarı ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan XİN rəhbəri ilə müzakirə etməyə məsələsi olduğundan xəbər verir.
Bu barədə Trend ə Azərbaycan XİN mətbuat və informasiya siyasəti idarəsinin rəisi Tahir Tağızadə bildirib.
O bildirib ki, hazırda Almaniyada səfərdə olan Azərbaycan xarici işlər naziri Parisdə aparılan danışıqlara qoşulmayacaq.