...

Fevralın 16-da Milli Məclisin növbəti iclası keçiriləcək

Siyasət Materials 15 Fevral 2007 12:35 (UTC +04:00)

Fevralın 16-da Milli Məclisin növbəti iclası keçiriləcək. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

İclasda "Azərbaycan Respublikası və Belarus Respublikası arasında 2015-ci ilə qədər sosial-iqtisadi əməkdaşlıq haqqında", "Azərbaycan Respublikası və Belarus Respublikası arasında yük daşımaları haqqında" müqavilələrin, "Azərbaycan Respublikası və Latviya Respublikası arasında birgə bəyanamənin" və iki ölkə arasında hava əlaqəsinə dair sazişin təsdiq olunması məsələsinə baxılacaq.

Bundan başqa "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında" qanun (ikinci oxunuş) və "Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi haqqında" əsasnamə ikinci oxunuşda müzakirəyə çıxarılacaq. Eyni zamanda bir sıra qanunlara əlavə və dəyişikliklərin edilməsi məsələsinə baxılacaq.

Xəbər lenti

Xəbər lenti