...

S.Cəlaloğlu: "Akif Şahbazovun ADP-dəki kabineti möhürlənib və sənədləri də müsadirə olunub"

Siyasət Materials 15 Fevral 2007 12:45 (UTC +04:00)

Akif Şahbazovun ADP-dəki kabineti möhürlənib və sənədləri də müsadirə olunub. Bu barədə Trend ə ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu məlumat verib.

S.Cəlaloğlu A.Şahbazovun artıq kənar şəxs olduğu üçün partiyaya buraxılmadığını bildirib. Qeyd edək ki, ADP-nin 9-cu Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi Nizamnamə pozuntusuna yol verdiyi əsas götürərək A.Şahbazovu pariyanın Ali Məclisinin sədri vəzifəsindən və partiya sıralarından xaric edib. A.Şahbazov isə bu qərarın əsassız olduğunu və ADP-də fəaliyyətini davam etdirdiyini deyib.

S.Cəlaloğlu onu da deyib ki, ADP daxilində yaranmış böhranlı vəziyyəti aydınlaşırmaq pariyanın sədri Rəsul Quliyevlə danışıqlar aparılır: "Əgər partiyanın monolitliyi naminə mənim Təşkilat Komitəsi sədrliyindən istefa verməyim və qurultayda sədrliyə namizəd olmamağım lazım gələcəksə, partiya üzvləri də bununla razılaşacaqlarsa, bu addımı atacam. Amma bütün bu addımlar qarşılıqlı olmalıdır"-deyə S.Cəlaloğlu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti