...

Gəncədə sərnişin və yük daşıma ilə məşğul olan nəqliyyat vasitələrində yoxlamalar aparılıb

Siyasət Materials 15 Fevral 2007 13:06 (UTC +04:00)

12 saylı Ərazi Vergilər İdarəsi və Nəqliyyat Nazirliyi 1 saylı Reqional MMC-nin əməkdaşları Gəncə şəhərində sərnişin və yük daşınma ilə məşğul olan nəqliyyat vasitələrində yoxlamalar aparıblar. Bu bardə məlumatı Trendə 12 saylı ərazi vergilər idarəsinin şöbə müdiri Azər Məmmədov verib.

Müsahib bildirib ki, idarənin tədbirlər planına daxıl olan reyd nəticəsində 17 halda müxtəlif qanun pozuntuları aşkarlanıb. Məmmədov əlavə edib ki, yoxlamalar zamanı 6 halda fərqlənmə nişanı olmayan, 6 halda xüsusi lisenziyası olmadan fəaliyyət göstərən, 5 halda isə vergi orqanında ümumiyyətlə qeydiyyata durmayan nəqliyyat sahibləri aşkar olunub.

A. Məmmədovun bildirdiyinə görə həmin qanun pozuntularına görə ümumilikdə 440 AZN cərimə kəsilib.

Xəbər lenti

Xəbər lenti