...

Bakıda səfərdə olan Beynəlxalq Avropa Hərəkatının baş katibi ictimaiyyət nümayəndələrilə görüş keçirdi

Siyasət Materials 15 Fevral 2007 14:44 (UTC +04:00)

Azərbaycanda səfərdə olan Beynəlxalq Avropa Hərəkatının Baş Katibi Henrik Kroner fevralın 15-də Hərəkatın Azərbaycan üzrə Hazırlıq Komitəsinin təmsilçiləri və ictimaiyyət nümayəndələri ilə görüş keçirib. Trend in məlumatına görə, görüşdə baş katib Avropa Hərəkatının yaradılma məqsədləri, fəaliyyət istiqamətləri, müxtəif ölkələrlə bağlı gördüyü işlər barədə məlumat verib.

H.Kroner bildirib ki, 1947-ci ildə yaradılmış Avropa Hərəkatı Avropa Birliyi ideyasını təbliğ edən əsas təşkilat olub. Hərəkat vahid Avropa Konstitusiyasının qəbul edilməsi üçün iş aparır və bunun səs çoxluğu ilə şəbul edilməsinin tərəfdarıdır. Məqsəd isə Avropa Birliyi dövlətlərinin vətəndaşları arasında inteqrasiyanı dərinləşdirməkdir. Hazırda Hərəkatın Avropanın 41 ölkəsində nümayəndəliyi var və o, 21 beynəlxalq təşkilatı birləşdirir. Baş katib qeyd edib ki, Avropa Hərəkatının əsas vəzifələrindən biri Avropa Birliyinin fəaliyyət istiqamətlərini insanlar arasında izah və təbliğ etmək, bazar iqtisadiyyatının və demokratik prinsiplərin təşəkkül tapmasına çalışmaqdır.

Xəbər lenti

Xəbər lenti