...

Bu gün Parisdə ATƏT-in Minsk qrupu həmsədrlərinin ikinci görüşü keçirilib

Siyasət Materials 15 Fevral 2007 14:52 (UTC +04:00)
Bu gün Parisdə ATƏT-in Minsk qrupu həmsədrlərinin ikinci görüşü keçirilib

Bu gün Parisdə ATƏT-in Dağlıq Qarabağda münaqişənin tənzimlənməsi üzrə Minsk qrupu həmsədrlərinin ikinci görüşü keçirilib. ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimai əlaqələr idarəsinin başçısı Conatan Henik Trend ə bildirib ki, həmsədrlərin bu gün daha bir görüş keçirməsi istisna edilmir.

O bildirib ki, bu, işguzar görüş olub və detallar barədə məlumat verilmir. C.Henik həmçinin bildirib ki, həmsədrlərin Ermənistan XİN rəhbəri ilə görüşü barədə informasiyaya malik deyil.

Xatırladaq ki, Ermənistan xarici işlər naziri Vardan Oskanyan dünən gözlənilmədən Parisə uçub. Ermənistan XİN-dən bildiriblər ki, xarici siyasət idarəsinin başçısı həmsdərlərlə görüşmək niyyətindədir.

Bundan öncə qeyd edildiyi kimi, hazırda Almaniyada səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Parisdə keçirilən danışıqlara qoşulmaq fikrində deyil.

Xəbər lenti

Xəbər lenti