...

Qazaxıstanın nəqliyyat naziri: Transxəzər sistemi ilə neftin daşınması üçün iritonnajlı tankerlər tələb olunacaq

Siyasət Materials 15 Fevral 2007 15:32 (UTC +04:00)

Trend in xüsusi müxbirinin Astanada Qazaxıstanın nəqliyyat və kommunikasiya naziri Serik Axmetovla müsahibəsi

- Qazaxıstan 2007-ci ildə Azərbaycan ərazisindən nə qədər yük daşınmasını planlaşdırıb və neft məhsulları yükünə nə qədər pay düşəcək?

- İlk növbədə, qeyd etmək istərdim ki, bizim Aktau limanından Azərbaycan istiqamətinə xeyli yük daşınır və bu sahədə əsas nomenklaturanı neft, metal, konteynerlər təşkil edir. Proqnoz göstəricilərinə əsasən, deyə bilərəm ki, 2007-ci ildə Aktau-Bakı marşrutu ilə ardıcıllıqla 2,3 milyon ton neft və 320 min ton bərə yükləri daşınıb.
2006-cı ildə bizim dövlətin dəmir yolu nəqliyyatı vasitəsilə Azərbaycan ərazisi üzrə 190 min tondan çox neft məhsulu yükü daşınıb. Bu, 2005-ci il göstəricisindən 60% azdır. Yükdaşınmanın aşağı düşməsi boru kəməri nəqliyyatına üstünlük verilməsi ilə əlaqədardır.

- Qazaxıstan neft-qaz sənayesinin fəal inkişaf etdiyi dövrdə və Xəzər dənizi vasitəsilə xammal ixrac etmək niyyətilə özünün tanker flotunu yaratmağı planlaşdırırmı?

- Ötən il Qazaxıstanda 2006-2012-ci illər üçün dəniz nəqliyyatının inkişafı proqramı təsdiqlənib. Proqramla həm ticarət donanması, həm də tanker donanmasının gələcək inkişafı nəzərdə tutulub. Hazırda "Kazmortransflot" şirkəti tərəfindən istifadə olunan donanma Aktau-Mahaçkala və Aktau-Bakı marşrutu üzrə ildə 3 milyon ton neft nəql edə bilir. İranın Neka limanı istiqamətində iri yük qabiliyyətli gəmilərin İran limanlarına daxil olmasına məhdudiyyətin olması ilə bağlı neft yükqaldırma qabiliyyəti 5 min tona qədər olan gəmilər vasitəsilə daşınır.
Tanker donanmasının gələcək formalaşdırılmasında Transxəzər nəqliyyat sistemi çərçivəsində neft daşınmalarının həyata keçirilməsi üçün iritonnajlı neft məhsulları daşıyan gəmilərin istifadəsi nəzərdə tutulub. Daşınmaların minimal maya dəyərini təmin edən optimal iritonnajlı tankerlərin müəyyənləşdirilməsi üçün tikinti məsələlərinin tədqiq edilməsi, çatdırılma və bu cür gəmilərin texniki xidməti ilə bağlı tədqiqatların aparılması lazımdır.

- Fikrinizcə, TRACECA nəqliyyat dəhlizi nə dərəcədə effektiv istifadə olunur, Qazaxıstan burada iştirakını artırmaq niyyətindədirmi və hansı formada?

- TRACECA-da iştirakın fəallaşdırılması üçün "Qazaxıstan dəmir yolu" tərəfindən 2006-cı ildə Dostık-Aktau və geri istiqamətdə, həmçinin Aktau-Oazis vasitəsilə bütün yuklərin daşınmasında marşrut konteynreləri qatarlarında azaltma əmsalı müəyyənləşdirilib. Qazaxıstanda TRACECA dəmir yolu hissəsinin ötürücülük qabiliyyəti mövcud olan yük axını ilə müqayisədə çox sayda yük nəql etməyə imkan verir. Mümkün səbəb Xəzər dənizinin limanları yanındakı təşkilatların və dəniz daşıyıcıları tərəfindən yüklərin boşaldılıb yüklənmə qabiliyyətinin aşağı olmasıdır.
TRACECA vasitəsilə dəmir yol daşınmalarını artırmaq üçün biz Xəzər dəniz gəmiçiliyi ilə (KASPAR) rəqabətin yaradılması və daha sonra onların "Kazmortransflot"a və ya "Aktau beynəlxalq dəniz ticarəti limanı"na çatdırılması üçün bu proqram çərçivəsində dəniz yükü, dəmir yolu bərələrinin əldə olunması imkanını nəzərdən keçirməyi təklif edirik. Bu, Aktau və Bakı limanları arasında bərə ötürmələrinin gücünü artıracaq və əldə olunmuş razılığa əsasən, multimodal rabitə ilə effektiv daşınmalar sistemini yaratmağa imkan verəcək.
2007-ci il üçün TRACECA iş planına "Qazaxıstan dəmir yolu" tərəfindən TRACECA: Varna/Burqas (Bolqarıstan) - Poti (Gürcüstan) - Bakı (Azərbaycan) - Aktau -Alma-Ata (Qazaxıstan) - Çin marşrutu əsasında müntəzəmlik əsasında birbaşa konteyner dəmir yolu rabitəsinin təşkili və tətbiq olunması dəstəklənir.

- Fikrinizcə, Poti-Bakı-Aktau-Alma-ata konteyner qatarı marşrutu Çin-Qazaxıstan-rusiya marşrutuna nisbətən daha rəqabətə davamlıdır? Sonuncuya ehtiyac Çinin Poti-Alma-Ataya qoşulması ilə bağlı olaraq aradan qaldırılmır?

- Biz, 2005-ci ildən Poti-Bakı-Aktau-Alma-Ata marşrutunda müntəzəm əsasında birbaşa konteyner dəmir yolu rabitəsinin tətbiq olunması ilə bağlı iş aparırıq. Bununla yanaşı, hazırda bu marşrutla konteyner qatarlarının tam fəaliyyət göstərməsi üçün maneçilik törədən faktorlar mövcuddur. İlk öncə, bu Naxodka-Vostoçnaya, Novorossiysk limanlarından zamanla qoyulmuş və sınanmış konteyner servisinin mövcudluğudur.
Poti-Bakı-Aktau-Alma-Ata marşrutunda iki dənizdən daşınma və bir neçə sərhədin keçilməsi ilə bağlı müəyyən texniki çətinliklər mövcuddur. Maneçilik törədən faktorlardan biri həmçiin Bakı və Aktau limanları arasında bərə keçidlərin kifayət qədər gücünün olmamasıdır. Hazırda Aktau limanı - Alma-Ata sahəsində tam tərkibli konteyner qatarının uzunluğu iqtisadi gəlirlilik səbəbindən 57 şərti vaqona uyğun olmalıdır. KASPAR-a məxsus bir bərə tutumu isə 28 şərti vaqona uyğundur. Bunun da nəticəsində tam tərkibli konteyner qatarları "qırılır" və tam tərkibdə Qazaxıstan ərazisinə buraxıla bilməz.
Bununla yanaşı. Gürcüstan və Azərbaycanın dəmir yolları neft yükləri, əlvan metal və başqa kütləvi yüklərin daşınması ilə bağlı yüklənib. "Qazaxıstan dəmir yolu" Poti-Bakı-Aktau-Alma-Ata marşrutu üzrə konteyner qatarlarının tam tərkibdə işlənməsinə keyfiyyətli dəmir yolu xidməti, Qazaxıstan ərazisinə maneçilik olmadan daxil olmaq, zəmanətli həcmlər olduqda əlverişli tarif şərtlərini təqdim etməklə istənilən yardımı göstərməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti