...

Azərbaycan prezidenti Almaniyanın "Alman dalğası" kanalına müsahibə verib

Siyasət Materials 15 Fevral 2007 16:07 (UTC +04:00)

Almaniyada rəsmi səfərdə olan Azərbaycan prezidenti bu gün Berlin şəhərinin meri ilə görüş keçirib, sonra isə Almaniyanın "Alman dalğası" kanalına müsahibə verib. Bu barədə Trend "ANS" telekanalına istinadən xəbər verir.

Bu gün Azərbaycan prezidenti Almaniyanın aparıcı siyasətçiləri ilə görüş keçirəcək və Almaniyanın Şərqi və Mərkəzi Cəmiyyətinə daxil olan böyük şirkət başçıları ilə görüşəcək.

Günün ikinci yarısında İ.Əliyev federal xarici işlər naziri Frank-Valter Ştaynmayer ilə görüşəcək və Almaniya Bundestaqının başçısını qəbul edəcək.

Axşam o, Almaniyada fəaliyyət göstərən azərbaycanlı cəmiyyətlərin nümayəndələri ilə görüşəcək. Günün sonunda İ.Əliyev Konrad Adenaur Fondunda "Azərbaycan XXI əsrdə: inkişaf və perspektivlər" mövzusunda nitqlə çıxış edəcək. Azərbaycan səfirliyinin yardımı ilə təşkil olunmuş tədbirdə Almaniyanın müxtəlif siyasi və işgüzar dairələrinin nümayəndələri, Bundestaq üzvləri, hökumət və ictimaiyyət nümayəndələrinin iştirak edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti