...

Bakıda səfərdə olan Beynəlxalq Avropa Hərəkatının Baş Katibi Asim Mollazadə ilə görüş keçirib

Siyasət Materials 15 Fevral 2007 16:33 (UTC +04:00)
Bakıda səfərdə olan Beynəlxalq Avropa Hərəkatının Baş Katibi Asim Mollazadə ilə görüş keçirib

Azərbaycanda səfərdə olan Beynəlxalq Avropa Hərəkatının Baş Katibi Henrik Kroner fevralın 15-də Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə ilə görüş keçirib. Trend in məlumatına görə, görüşdə Demokratik İslahatlar Partiyası Siyasi Şurasının üzvləri Mərdan Əfəndiyev və Gülnarə Məmmədzadə, Avropa Hərəkatının Azərbaycan üzrə nümayəndəsi Həbib Quliyev də iştirak ediblər.

Görüşdə Azərbaycanın Avropaya inteqrasiyası, Avropa Hərəkatının ölkəmizdə fəaliyyətinin genişləndirilməsi, vətəndaş cəmiyyətinin qurulmasında Avropa dəyərlərinin və strukturlarının rolu kimi məsələlər müzakirə olunub.

Qeyd edək ki, DİP və Beynəlxalq Avropa Hərəkatının birgə təşkilatçılığı ilə fevralın 16-da "Vətəndaş cəmiyyəti və Avropa dəyərləri" mövzusunda dəyirmi masa keçiriləcək.

Xəbər lenti

Xəbər lenti