...

Təhsil naziri: Gəncədə olan ali məktəblərin büdcələri gələn il artırılacaq

Siyasət Materials 15 Fevral 2007 17:39 (UTC +04:00)

Dövlət büdcəsindən Gəncənin ali məktəblərinə ayrılan vəsaitin həcminin artırılması planlaşdırılır. Bu barədə məlumat verən Təhsil naziri Misir Mərdanov bildirdi ki, 2008-ci ilin dövlət investisiya xərclərində bu vəsait artımı nəzərdə tutulacaq.

"Biz son on ildə əsasən orta təhsilə diqqət yetirmişik. Mənə belə gəlir ki, səhv etməmişik. Lakin indi zaman gəlib, ali məktəblərimiz də qayğı, diqqət tələb edir. Bakıda fəaliyyət göstərən ali məktəblərdə ödənişli təhsil alan tələbəlin sayı çoxdur. Və buna görə də onların maddi-texniki durumlarında heç bir problem yaranmır. Lakin Gəncədə olan ali məktəblərdə bu imkanlar yoxdur. Mən belə hesab edirəm ki, gələn il mütləq vəsait artımı olacaq. Ayrılan vəsait ali məktəblərin təmirinə, yeni avadanlıqların alınmasına xərclənəcək".

Xəbər lenti

Xəbər lenti