...

Sərdar Cəlaloğlu ilə Aydın Quliyev bir-birini cinayət əməlində ittiham edərək DİN-ə və məhkəməyə şikayət veriblər

Siyasət Materials 15 Fevral 2007 19:26 (UTC +04:00)

Fevralın 15-də "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev Azərbaycan Respublikası daxili işlər naziri Ramil Usubova müraciət edib və bildirib ki, ADP-nin IX Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu qəzetin redaksiyasına basqın təşkil etməyi planlaşdır. Bu barədə Trend ə ADP-nin hüquqşünası Taliyyət Əliyev məlumat verib.

Keçmiş ADP funksioneri Aydın Quliyev nazirə müraciətində qeyd edib ki, S.Cəlaloğlu tərəfindən tutulan bir neçə nəfər muzdlu gənc 18 fevral 2007-ci il tarixdə "Bakı xəbər" qəzetinin redaksiyasına basqın edəcək. Aydın Quliyev bununla keçmiş partiyadaşını ağır cinayət əməli hazırlıqda ittiham edib.

Taliyət Əliyev buna cavab olaraq bildirib ki, Aydın Quliyev S.Cəlaloğluya böhtan atıb, bu isə öz növbəsində Cinayət Məcəlləsinin 147-ci (böhtan atmaq) maddəsi ilə hüquqi məsuliyyət yaradır. Buna görə də bu gün S.Cəlaloğlu Cinayət Prosessual Məcəlləsinin 298-ci maddəsinin tələblərini rəhbər tutaraq Səbail Rayon Məhkəməsinə müraciət edərək "Bakı-Xəbər" qəzetinin baş redaktoru A.Quliyevə qarşı cinayət işinin başlanılmasını tələb edib.

Xəbər lenti

Xəbər lenti