...

İslam Konfransı Təşkilatı Parlament İttifaqı İcraiyyə Komitəsinin 16-cı sessiyası davam edir

Siyasət Materials 16 Fevral 2007 12:22 (UTC +04:00)

Fevralın 11-də Malayziyanın Kuala-Lumpur şəhərində öz işinə başlayan İslam Konfransı Təşkilatı Parlament İttifaqı İcraiyyə Komitəsinin sessiyası davam edir. Trend in məlumatına görə, sessiya fevralın 19-da başa çatacaq.

İKT Pİ Şurasının 9-cu sessiyasında Yaxın Şərqdə vəziyyətlə əlaqədar bir sıra məsələlərə baxılıb, siyasətdə ikili standartın mənfi nəticələri müzakirə edilib, enerjidən istifadə üzrə millətlərin hüquq bərabərliyinə dəstək ifadə edən qətnamə qəbul olunub, Qərb dövlətləri ilə parlamentlərarası əlaqələrin genişlənməsi istiqamətində tədbirlər müəyyənləşdirilib.

Növbəti iclaslarda demokratiya, insan haqları və Beynəlxalq Humanitar Hüququn təbliği, həmçinin qloballaşma ilə bağlı iqtisadi məsələlərə də diqqət yetiriləcək. Mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun inkişafı naminə, Qərb ölkələrində islami dəyərlərə obyektiv baxışın formalaşdırılması məqsədi ilə İslam ölkələrində xarici dillərdə televiziya verilişlərinin hazırlanıb Qərbdə yayımlanması istiqamətində fikir mübadiləsi aparılacaq.

Sessiyada Azərbaycanı Milli Məclisin deputatları Gövhər Baxşəliyeva və Cavanşir Paşazadə təmsil edirlər. Deputatlarımız sessiya çərçivəsində üç xüsusi daimi komitənin ilk yığıncağında iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti