...

Milli Məclis Azərbaycan Respublikasının "Şərəf" və "Dostuq" ordenlərini təsis edib

Siyasət Materials 16 Fevral 2007 14:20 (UTC +04:00)

Milli Məclis Azərbaycan Respublikasının "Şərəf" və "Dostuq" ordenlərini təsis edib. Trendin məlumatına görə, bu haqda qərar Milli Məclisin fevralın 16-da keçirilən iclasında qəbul edilib.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov bildirib ki, Azərbaycan Respublikasının "Şərəf" və "Dostluq" ordenlərinin təsis edilməsi ilə bağlı qanun layihəsi qanunvericilik təşəbbüsü ilə prezident İlham Əliyev tərəfindən parlamentə göndərilib.

Komissiya sədri qeyd edib ki, "Şərəf" ordeninin Azərbaycan xalqı və dövləti qarşısında xüsusi xidmətləri olan şəxslərə verilməsi nəzərdə tutulub və bu orden əhəmiyyətinə görə "Azərbaycan bayrağı" ordenindən sonra gəlir. ""Dostluq" ordenini isə xarici dövlətlər və xalqlar arasında dostluq əlaqələrinin yaradılması işində xüsusi xidmətləri olan şəxslərə verilməsi nəzərdə tutulub", - deyə Əli Hüseynov qeyd edib.

Millət vəkilləri hər iki ordenin təsis edilməsini təqdirə layıq hal kimi qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti