...

Almaniya XİN rəhbəri Azərbaycana səfər edəcək

Siyasət Materials 16 Fevral 2007 14:25 (UTC +04:00)
Almaniya XİN rəhbəri Azərbaycana səfər edəcək

Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer fevralın 18-19-da Azərbaycana səfər edəcək. Bu barədə Trend ə Almaniyanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Səfər Cənubi Qafqaz ölkələrinə regional turne çərçivəsində həyata keçiriləcək. Nazir fevralın 18-də axşam üstü Bakıya gələcək. Fevralın 19-da o, Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla, həmçinin Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə görüşməyi planlaşdırıb.

Günün ikinci yarısında nazir Bakıdan Tbilisiyə yola duşəcək.

Xəbər lenti

Xəbər lenti