...

Azərbaycan XİN BMT çərçivəsində təşəbbüsün danışıqlar prosesinə konstruktiv töhvə verdiyini ATƏT MQ ilə aydınlaşdırmağa davam etdirəcək

Siyasət Materials 16 Fevral 2007 15:12 (UTC +04:00)
Azərbaycan XİN BMT çərçivəsində təşəbbüsün danışıqlar prosesinə konstruktiv töhvə verdiyini ATƏT MQ ilə  aydınlaşdırmağa davam etdirəcək

BMT-də dondurulmuş münaqişələrlə bağlı təşəbbüs GUAM dövlətlərinin öz qarşılarında dayanmış çağırış və təhlükələrlə əlaqədar birgə təşəbbüsü və birgə müraciətidir.

Bu barədə Trend ə XİN mətbuat və iformasiya siyasəti idarəsinin rəhbəri Tahir Tağızadə məlumat verib. O, münaqişə tərəflərini BMT-nin Baş Assambleyası çərçivəsində təşəbbüslərdən imtinaya çağırmış ATƏT-in Minsk qrupunun həmsədrlərinin sonuncu bəyanatını şərh edib.

Tahir Tağızadənin sözlərinə görə, təşəbbüs dövlətlər qarşısında real mövcud olan çağırışlara reaksiyadır. "Azərbaycan danışıqlar formatını dəyişməyə hazırlaşmır. Lakin nəzərə almaq lazımdır ki, BMT Dağlıq Qarabağ probleminin müzakirəsi üçün yeni forum deyil. BMT-nin Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsini yada salmaq kifayətdir. Buna görə də geniş beynəlxalq hüquq prinsiplərinə və bir-birinə münasibətdə bu prinsiplərin prioritetlik səviyyəsinə əsasən beynəlxalq müzakirələrin aparıldığı bir dövrdə hesab edirik Ki, regionda, həmçinin Ermənistan-Azərbaycan - Dağlıq Qarabağ münaqişəsi çərçivəsində vəziyyətin konkret aspektlərinin ünvanlanmasına konstruktiv cəhdlərin davam etdirilməsini daha vacib hesab edirik".

"Biz ATƏT-in Minsk qrupunun həmsədrləri ilə BMT-də bu məsələnin baxılmasının danışıqlar prosesinin inkişafı üçün fəal işin lazım olduğu barədə danışarıq. Bu təsvirə GUAM dövlətlərinin BMT-də atdığı addımlar daxil deyil", deyə T. Tağızadə şərh edib.

Xəbər lenti

Xəbər lenti